Ötən gün 3 dövlət qurumu toylarda monitorinq keçirdi - 6 nəfər cərimələndi, 63 nəfər toya buraxılmadı | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün 3 dövlət qurumu toylarda monitorinq keçirdi - 6 nəfər cərimələndi, 63 nəfər toya buraxılmadı

10:41 - 19 / 08 / 2021
Ötən gün 3 dövlət qurumu toylarda monitorinq keçirdi - 6 nəfər cərimələndi, 63 nəfər toya buraxılmadı

Avqustun 18-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 18 toy şənliyinin monitorinqini həyata keçirib.


1news.az xəbər verir ki, monitorinq 13 şadlıq sarayında, 5 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 6 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 63 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Aytən Sakitqızı

Paylaş:
307

Son xəbərlər

Bütün xəbərlər