“Qədim Qarabağın yenilənən siması” memarlıq müsabiqəsinə yekun vurulub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Qədim Qarabağın yenilənən siması” memarlıq müsabiqəsinə yekun vurulub – FOTO

S.Xankişiyeva11:25 - 19 / 08 / 2021
“Qədim Qarabağın yenilənən siması” memarlıq müsabiqəsinə yekun vurulub – FOTO

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşəbbüsü ilə keçirilən “Qədim Qarabağın yenilənən siması” memarlıq müsabiqəsinə yekun vurulub. Qarabağın qəsəbə və kəndlərini əhatə edən müsabiqənin qalibləri elan edilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən 1news.az-a verilən məlumata görə, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin sistemli şəkildə aparılması, ölkə memarlarının və şəhərsalma mütəxəssislərinin Qarabağda yenidənqurma proseslərində iştirakının təmin edilməsi məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən keçirilən “Qədim Qarabağın yenilənən siması” adlı müsabiqəyə yekun vurulub. Hazırki mərhələdə 5 kəndi (Sarıcalı, Şəlvə, Horadiz, Böyük Mərcanlı, Zar) və 1 qəsəbəni (Xudafərin) əhatə edən müsabiqənin hədəfi eyni zamanda gənc memar və layihəçilər arasında istedadların müəyyən edilməsi və onların yanaşmalarının öyrənilməsi, eləcə də təqdim olunan layihələrdə qeyri-standart konsepsiyaların axtarışı idi. Münsiflər heyətinin Komitədə keçirilən iclasında müsabiqənin şərtlərinə cavab verən 21 layihədən ən yaxşıları müəyyən edilib.

Belə ki, münsiflər heyətinin qərarına əsasən təqdim olunan layihələrdən Ağdam rayonunun Sarıcalı, Laçın rayonunun Şəlvə kəndləri üzrə 1-ci, 2-ci və 3-cü yerlər üzrə qaliblər seçilib. Füzuli rayonunun Horadiz, Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndi və Xudafərin qəsəbəsi üzrə 1 layihə 2-ci yerə, 2 layihə isə 3-cü yerə layiq görülüb. Kəlbəcər rayonunun Zar kəndi üzrə isə yalnız 1 layihə 2-ci yerə layiq olub. Xatırladaq ki, 1-ci yerin sahibinə 5000 manat, 2-ci yerin sahibinə 3000 manat, 3-cü yerin sahibinə isə 2000 manat pul mükafatı, digər iştirakçılara isə diplomlar təqdim ediləcək. Layihələr yaşayış məntəqələrinin mövcud vəziyyətinin analizi, tarixi kontekstlə əlaqələri, orijinallıq, simvolizm, bütövlük, həmçinin uğurlu və peşəkar bədii-qrafik və memarlıq həlləri, vizual təqdimatlar üzrə qiymətləndirilib.

Qeyd edək ki, müsabiqədə əsasən gənc mütəxəssislər iştirak edib və bir sıra maraqlı layihə həlləri irəli sürülüb. Qalib layihələrdə dayanıqlı həyat şəraitinin yaradılmasına, müasir memarlıq həllərinin milli memarlıqla sintezinə, yaşayış məntəqələrinin gələcək texnoloji inkişafının həlledici istiqamətlərinə dair təkliflər əks olunub. Müsabiqədə qalib gələn layihələr kəndlərdə aparılacaq bərpa-quruculuq işlərində nəzərə alınacaq.

Seçilmiş layihələr və onların müəllifləri haqqında daha ətraflı məlumatla www.bizimqarabagh.az saytından tanış olmaq mümkündür.

Paylaş:
741

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər