Artilleriyaçılarımız Qazaxıstana gediblər - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Artilleriyaçılarımız Qazaxıstana gediblər - FOTO

Qafar Ağayev16:42 - 20 / 08 / 2021
Artilleriyaçılarımız Qazaxıstana gediblər - FOTO

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsində iştirak etmək üçün topçularımız Qazaxıstana səfər edib.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, Qazaxıstanın Almatı şəhərində komandamıza müsabiqənin qaydaları və şərtləri ilə tanışlıq məqsədilə brifinq təqdim olunub.

Müsabiqəyə artilleriyaçılarımız 22 nəfərlik heyətlə qatılacaq.

Paylaş:
466

Son xəbərlər

Bütün xəbərlər