Azərbaycanda koronavirusa yoluxma əmsalı 23 faizə yüksəlib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda koronavirusa yoluxma əmsalı 23 faizə yüksəlib

S.Xankişiyeva11:14 - 20 / 08 / 2021
Azərbaycanda koronavirusa yoluxma əmsalı 23 faizə yüksəlib

Son günlərdə Azərbaycanda da yoluxma sayında kəskin artım müşahidə olunur.

1news.az-ın verdiyi xəbərə görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.

“Hər zaman vurğulayıram ki, bizim üçün önəmli olan yoluxma əmsalıdır. Bu gün 23% yoluxma əmsalı görürük. Avqustun 1-də isə bu rəqəm 7% idi. 20 gün ərzində çox ciddi artım müşahidə edilib”.

Paylaş:
484

Son xəbərlər

Bütün xəbərlər