COVID-19 pasportu belə yoxlanılacaq - Ülvi Mehdiyev AÇIQLADI

"Nazirlər Kabinetinin qərarına əsasən, yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrində, mehmanxanalarda, iri ticarət mərkəzlərində - qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər. Bunun üçün “ASAN İcazə” mobil tətbiqi də hazırlanıb".
1news.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı bildirib.
Aytən Sakitqızı
259