COVİD-19 pasportu ilə bağlı cərimələrin məbləğləri açıqlandı
COVİD-19 pasportu ilə bağlı cərimələrin məbləğləri açıqlanıb.
1news.az-ın verdiyi xəbərə görə, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.
“Fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 4000 manatdan 5000 manatadək cərimə olunacaq, hüquqi şəxslər barəsində həbs qəti imkan tədbiri tətbiq olunacaq. Obyektlər, təhsil müəssisələrinə daxil olacaq şəxslər xidməti formada olmayacaq. Buna görə də 18 yaşdan yuxarı şəxslərin COVID passportu olmayacaqsa, həmin şəxslər yox, obyektin rəhbəri və müvafiq yoxlayıcılar məsuliyyət daşıyacaq”.
424