Ağdaş sakinindən “patı” götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdaş sakinindən “patı” götürülüb

S.Xankişiyeva17:35 - 21 / 08 / 2021
Ağdaş sakinindən “patı” götürülüb

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, keçirilən əməliyyat zamanı Ağdaş şəhər sakini Elmin Xəlilzadə saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan psixotrop maddə olan metamfetamin (“patı”) aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
535

Son xəbərlər

Bütün xəbərlər