“Xarıbülbül” şəhid və qazi övladlarının yay düşərgəsinin açılışı baş tutub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Xarıbülbül” şəhid və qazi övladlarının yay düşərgəsinin açılışı baş tutub - FOTO

S.Xankişiyeva18:01 - 21 / 08 / 2021
“Xarıbülbül” şəhid və qazi övladlarının yay düşərgəsinin açılışı baş tutub - FOTO

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Böyük Qayıdış” Gənclər Təşkilatı və “Zəfər” Şəhid Ailələrinə Dəstək İB-nin birgə təşkilatçılığı ilə “Xarıbülbül” Şəhid və Qazi övladlarının yay düşərgəsinin rəsmi açılışı tədbiri baş tutub.

1news.az-ın verdiyi xəbərə görə, açılış mərasimindən öncə iştirakçılar ümummilli lider Heydər Əliyevin Şamaxı rayonunda ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsinii ehtiramla anıblar. Davamında Şamaxı rayon Şəhidlər Xiyabanını ziyarət edərək torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir rəsmi şəxslərin və tərəfdaş qurumların nümayəndələrinin iştirakı ilə baş tutub.

Qonaqlar çıxışları zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi, müzəffər ordumuzun gücü ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbəmizdə milli birliyimizdən, gənclərin bu qələbədə ön və arxa cəbhədə göstərdiyi şücaətdən söz açıblar.

Bildirilib ki, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman vətən övladlarının yadigar övladları hər birimiz üçün əmanətdir. Vurğulanıb ki, şəhid ailələrinə, qazilərə və onların övladlarına dövlət tərəfindən daim xüsusi diqqət və qayğı göstərilir. Şəhid və qazi övladlarının təhsilinin inkişafına töhvə vermək əsas məqsədlər sırasındadır.

Bu xüsusda, keçirilən düşərgənin məqsədi də şəhid və qazi övladlarının asudə vaxtlarının səmərəli keçirilməsi, özünə inam, həmrəylik və optimizm hislərinin gücləndirilməsinə çalışılacaq, həmin gənclər arasında dostluq əlaqələrinin qurulmasının təmin ediləcək, keçiriləcək müxtəlif təlim və görüşlər vasitəsilə şəxsi inkişaflarına dəstək olunacaq.

Düşərgə müddətində gənclər Vətən müharibəsi iştirakçılarının, rəsmilərin və məşhur simaların iştirakı ilə görüşlərdə iştirakı, şəxsi və komanda inkişafı yönümlü təlimlər, gənclərin müxtəlif ideyalarının və layihə təkliflərinin müzakirəsi, intellektual, komanda oyunları, mədəniyyət axşamları və asudə vaxt üçün müxtəlif əyləncəli fəaliyyətlər nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə 60 nəfər şəhid və qazi övladının iştirak etdiyi düşərgə 5 gün davam edəcək.

Paylaş:
587

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər