Məleykə Abbaszadədən ixtisas seçimi edəcək abituriyentlərə MÜRACİƏT | 1news.az | Xəbərlər
Cəmiyyət

Məleykə Abbaszadədən ixtisas seçimi edəcək abituriyentlərə MÜRACİƏT

Qafar Ağayev15:28 - 23 / 08 / 2021
Məleykə Abbaszadədən ixtisas seçimi edəcək abituriyentlərə MÜRACİƏT

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ixtisas seçimi edəcək abituriyentlərə müraciət edib.

DİM-dən 1news.az-a verilən məlumata görə, müraciətdə deyilir:

"Əziz abituriyentlər!

İlk növbədə tələbə qəbulu kampaniyasının ən önəmli hissəsi – ixtisas seçimi mərhələsinə qədəm qoymuş abituriyentləri və onların valideynlərini, müəllimləri öz adımdan və Dövlət İmtahan Mərkəzinin kollektivi adından ürəkdən təbrik edirəm!

Hazırda topladığı baldan asılı olmayaraq müsabiqə şərtlərini ödəmiş abituriyentlərin qarşısında duran ən vacib məsələ öz ixtisas seçiminə sonuncu dəfə nəzər salmaq və onu təsdiq eləməkdir. Bu məqamda düzgün, ağıllı qərar qəbul etmək əhəmiyyətli məsələlərdəndir.

Builki qəbul kampaniyasının bir sıra özəllikləri var. Bilirsiniz ki, sosial baxımdan həssas əhali qrupuna bir sıra güzəştlər tətbiq olunur və onların təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Bundan əlavə, bu il Tələbə Təhsil Krediti Fondu yaradılıb və tələbələrə təhsil haqqı xərclərini ödəmək üçün Fondun vəsaiti hesabına çox aşağı faizli kreditlərin verilməsi nəzərdə tutulur. Abituriyentlər ödənişli yerlərin seçimi zamanı qeyd olunan imkanları nəzərə ala bilərlər. Abituriyentlər bu kimi məsələlərdə, həmçinin daimi yaşadığı yer və təhsil alacağı univerisitetin yerləşdiyi yer, şəhərin seçilməsində öz valideynləri ilə məsləhətləşə bilərlər. Lakin peşə seçimində onların özlərini dinləmək lazımdır. Bəzən valideynlər övladlarını öz arzuladıqları peşələrin sahibləri kimi görmək istəyirlər və abituriyentlərin müstəqil seçiminə mane olurlar. Ancaq abituriyentlərin xoşbəxt gələcəyi baxımından onların şəxsi düçüncələri, özlərini hansı ixtisasın sahibi kimi görmək istədikləri, bacarıq və imkanları, xarakteri və s. amillər mütləq nəzərə alınmalıdır.

İxtisas seçmindən əvvəl “Abituriyent” jurnalının 4 saylı buraxılışında hər qrupa aid ixtisasların siyahısı ilə tanış olmaq lazımdır. Hər il müxtəlif universitetlərdə yeni ixtisaslar təqdim olunur. Bəzən isə hansısa ixtisaslara qəbul dayandırılır. Ona görə də jurnala baxıb oxumaq istədiyiniz ixtisasların, ali təhsil müəssisələrinin siyahısını tutmağa çalışın və həmin ixtisasları araşdırın.

Dövlət İmtahan Mərkəzi daim abituriyentlərə ixtisas seçimində dəstək verməyə çalışır.

Bu il də Mərkəzin regional bölmələrində, 4 müxtəlif ali təhsil müəssisəsində (Azərbaycan, Qərbi Kaspi, Odlar Yurdu və Bakı Biznes Universiteti) ödənişsiz fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri” yaradılıb. “Məsləhət mərkəzləri”ndə xüsusi treninq keçmiş əməkdaşlar sizə tələbə qəbulu qaydaları, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası və s.haqqında köməklik göstərirlər.

Çox təəssüf ki, bəzi insanlar abituriyentlər və onların valideynlərinin etibarından sui-tifadə edib özlərini reklam etməklə ödəniş müqabilində ixtisas seçimlərinin onlar tərəfindən həyata keçirilməsi ilə bağlı sosial şəbəkələrdə çağırışlar edirlər. Abituriyentlərə və onların valideynlərinə tövsiyə edirik ki, diqqətli olsunlar və bu işi yalnız kommersiya məqsədilə görən müəyyən qrup insanların vədlərinə inanmasınlar. Burada bir incə məqam da var. İxtisas seçimini sizin yerinizə edən şəxs kabinetinizin istidafəçi adı və parolunu da bilmiş olur. Bu isə çox təhlükəlidir. Bir misal də gətirim. Təsəvvür edin, plastik ödəmə kartınız var və siz kartın məxfi məlumatlarını tanımadığınız birinə verirsiniz. “Şəxsi kabinet”inizin parolunu da kiməsə vermək olmaz və bunun ciddi fəsadları ola biləcəyini nəzərə almaq lazımdır. Mən bunları təsadüfi demirəm. Hər il bununla bağlı bizə müraciətlər daxil olur. Araşdırmalar zamanı məlum olur ki, kimlərinsə məsuliyyətsizliyi və qeyri-peşəkarlığı ucbatından abituriyentlər tələbə adını qazanmaqdan məhrum olublar.

Ona görə də bir daha sizə nəşr etdiyimiz materiallara, statistik göstəricilərə (“Abituriyent” 4, “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?”) baxmağı, zərurət olarsa, məsləhət mərkəzlərinə müraciət etməyi tövsiyə edirəm. Amma ən əsas məsələ ixtisas seçiminin birbaşa özünüz tərəfindən edilməsidir.

Mənim bu müraciətim həm ali təhsil müəssisələrinə, həm də orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçündür. Ümidvaram ki, deyilən məsləhətlərə əməl edəcəksiniz.

İxtisas seçimində iştirak edən hər bir abituriyentə uğurlar arzu edirəm!".

Paylaş:
3103

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər