Sabunçuda evdən oğurluq edən şəxs tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabunçuda evdən oğurluq edən şəxs tutulub

17:10 - 23 / 08 / 2021
Sabunçuda evdən oğurluq edən şəxs tutulub

Sabunçu rayonunda evlərin birindən iki min manat dəyərində məişət əşyaları və spirtli içkilər oğurlamaqda şübhəli bilinən paytaxt sakini O.Səfərov rayon polis idarəsinin 15-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb, daha bir nəfərin kimliyi isə müəyyənləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, axtarış zamanı O.Səfərovdan heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Paylaş:
506

Son xəbərlər

Bütün xəbərlər