Sabiq icra başçısı ev dustaqlığına buraxılmadı

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Biləsuvar rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
1news.az-ın Trend-ə istinadən məlumata görə, hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Prosesdə sabiq icra başçısının vəkili M.Quliyevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət verib.
Vəsatət təmin edilməyib və məhkəmə baxışı sentyabrın 2-ə təyin edilib.
389