Paytaxtın bu küçəsində hərəkət məhdudlaşdırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxtın bu küçəsində hərəkət məhdudlaşdırılacaq

Qafar Ağayev13:36 - 25 / 08 / 2021
Paytaxtın bu küçəsində hərəkət məhdudlaşdırılacaq

Bu gün saat 21.00-dan sabah saat 06.00-dək Bakı şəhəri, Nərimanov rayonunun Mirzə Uluqbəy küçəsində (Əhməd Rəcəbli və Faiq Yusifov küçələri arasında qalan hissəsi) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən 1news.az-a verilən məlumata görə, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.​

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.

Paylaş:
421

Son xəbərlər

Sabahın hava proqnozu

09 / 05 / 2025, 12:26
Bütün xəbərlər