ABŞ-ın Azərbaycana verdiyi minaaxtaran itlərin saxlanıldığı mərkəz ziyarət olunub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

ABŞ-ın Azərbaycana verdiyi minaaxtaran itlərin saxlanıldığı mərkəz ziyarət olunub – FOTO

S.Xankişiyeva17:07 - 25 / 08 / 2021
ABŞ-ın Azərbaycana verdiyi minaaxtaran itlərin saxlanıldığı mərkəz ziyarət olunub – FOTO

Marşal İrsi İnstitutunun nümayəndələri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ilə rəsmi görüşdən sonra ANAMA-nın Füzuli rayonundakı minaaxtaran itlərin təlim mərkəzini ziyarət ediblər.

Agentlikdən 1news.az-a bildirilib ki, burada avqustun 23-də gətirilən 10 baş minaaxtaran itlərə baş çəkiblər, dördayaqlı köməkçilərin saxlanması, qidalanması və gələcək akkreditasiya prosedurları barədə MLI nümayəndələrinə geniş məlumat verilib.

ANAMA-nın minaaxtaran itlərin təlim mərkəzinə gətirilən itlərdən ikisinə adlar seçilib: Hünər və Bir İnci.

Bu itlərə xüsusi hazırlanmış və üzərində adları qeyd olunan boyunluqlar bağışlanılıb.

MLI prezidenti Perri Baltimor qeyd edib ki, 2023-cü ilin iyul ayına qədər Azərbaycana 30 minaaxtaran itin verilməsi nəzərdə tutulub. Yerdə qalan 20 minaaxtaran itin öncədən razılaşdırılmış tarixlərdə ANAMA-ya çatdırılacağı qeyd edilib. Müvafiq anlaşma memorandumu və müqavilə sənədinin 26 avqust tarixində ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov və Marşal İrsi İnstitutunun prezidenti Perri Baltimor arasında imzalanacağı planlaşdırılır.

Paylaş:
521

Son xəbərlər

Bütün xəbərlər