Bu günün statistikası: 3794 nəfər COVID-19-a yoluxub, 33 nəfər ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu günün statistikası: 3794 nəfər COVID-19-a yoluxub, 33 nəfər ölüb

S.Xankişiyeva17:19 - 25 / 08 / 2021
Bu günün statistikası: 3794 nəfər COVID-19-a yoluxub, 33 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 794 yeni yoluxma faktı qeydə alınıb, 2 216 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 401 828 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 350 670 nəfər müalicə olunaraq sağalıb, 5 403 nəfər vəfat edib, aktiv xəstə sayı 45755 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 835, ötən müddət ərzində isə ümumilikdə 4 362 263 test aparılıb.

Azərbaycanda bu günə kimi vaksinasiya olunanların sayı açıqlanıb

Paylaş:
886

Son xəbərlər

Bütün xəbərlər