Yol tikintisi sahəsində beynəlxalq tələblərə uyğun dövlət standartı təsdiq edilib
Ölkədə istehsal olunan tikinti materialları, məmulatları və konstruksiyalarının keyfiyyətinin yüksəldilməsi və tikinti sahəsində təhlükəsizliyin təmin edilməsi məqsədilə AZS EN 13282-2:2021 “Hidravlik yol yapışdırıcıları. Hissə 2: Normal bərkiyən hidravlik yol yapışdırıcıları - Tərkibi, texniki şərtləri və uyğunluq meyarları” dövlət standartı qəbul edilib.
Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətindən (AİBNDX) 1news.az-a verilən məlumata görə, Dövlət standartı tikinti materialları, məmulatları və konstruksiyalarının standartlaşdırılması üzrə Texniki Komitənin təqdimatı əsasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Azərbaycan Standartlaşdırma İnstitutu publik hüquqi şəxs tərəfindən təsdiq edilib.
Yeni standart avtomobil və dəmir yollarında, hava limanlarında və digər infrastruktur obyektlərində özüllər, əsaslar (bünövrələr), qoruyucu təbəqələr, normal şəraitdə bərkiyən hidravlik yol yapışdırıcılarına dair beynəlxalq tələbləri özündə əks etdirir.