Azərbaycanda 26 avqusta olan koronavirus statistikası açıqlandı
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3714 yeni yoluxma faktı qeydə alınıb, 2470 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 405542 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 353140 nəfər müalicə olunaraq sağalıb, 5434 nəfər vəfat edib, aktiv xəstə sayı 46968 nəfərdir.
Ölkədə son sutka ərzində 17247, hazırkı dövrədək isə 4379510 test aparılıb.
Vaksinasiya STATİSTİKASI: Son sutkada 84232 doza peyvənd vurulub
1399