Polisin hansısa vətəndaşı cərimələmək kimi bir niyəti yoxdur – DİN | 1news.az | Xəbərlər
Cəmiyyət

Polisin hansısa vətəndaşı cərimələmək kimi bir niyəti yoxdur – DİN

S.Xankişiyeva09:25 - 26 / 08 / 2021
Polisin hansısa vətəndaşı cərimələmək kimi bir niyəti yoxdur – DİN

Pademiya şəraitində vətəndaşlarımız tibbi maska və sosial izolyasiya rejiminə, sanitar-epidemioloji qaydalara riayət etməlidir. Mülki geyimdə xidmətə cəlb olunan polis əməkdaşlarının fəaliyyəti ilə bağlı

1news.az-ın verdiyi xəbərə görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Nurlan Əliyev bildirib ki, bu tədbirlərin keçirilməsində əsas məqsəd vətəndaşların sağlamlığının effekiv mühafizəsidir.

Müşahidələr göstərir ki, pandemiya şəraitində virus riskinin yüksək olduğu qapalı məkanlarda, ictimai nəqliyyatda bəzi vətəndaşlar sağlamlıqlarına laqeyid və biganə yanaşaraq, polis gördükdə “qaydalara əməl edirəm” görüntüsü yaradaraq tez maskasını taxır. Halbuki belə şəxslər bu qaydalara laqeyid və biganə yanaşmaqla sağlamlığını qorumaq əvəzinə cərimədən, inzibati tənbeh tədbirlərindən yayınmağa çalışırlar. Və bu neqativ halların qarşısını almaq məqsədilə polis əməkdaşları mülki geyimdə də xidmətə cəlb olunub.

Bu tədbirlər, mülki geyimdə xidmətə cəlb olunan naryad qrupları virus riskinin yüksək olduğu qapalı məkanlarda, ictimai nəqliyyatda fəaliyyətlə məhdudlaşmır. Eləcə də elektron vasitələrin imkanlarında da geniş istifadə olunmaqla, vətəndaşların qaydalara necə əməl etməsinin onlayn rejimdə videomüşahidələri aparılır. Bütün bunlar tək polisin işi yox, həmdə özünü və yaxınlarını virus riskindən qorumaqda məsuliyyətini anlayan vətəndaşların da gündəlik həyat tərzi olmalıdır.

Bir sözlə, bu, ictimai qınaq formasında qəbul edilməli – bilənlər bilməyənləri, qaydalara əməl edənlər etməyənləri infeksiya şəraitində qorumaq üçün birgə səy göstərməli, müəyyən olunan normalara əməl olunmasına çağırmalıdır.

Polisin hansısa vətəndaşı cərimələmək kimi bir niyəti yoxdur. Yalnız qaydalara əməl etməyən vətəndaşları qanun gücü, təsiretmə imkanları ilə çəkindirməyi əsas vəzifə kimi polis əməkdaşlarının qarşısına qoyulub. Nə qədər ölkəmizdə pandemiya şəraitində virus riski var, polis tərəfindən müvafiq tədbirlər daha da qətiyyətlə davam etdiriləcəkdir.

Paylaş:
1333

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər