Saatlıda karantin qaydalarını pozan yas mərasimi aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Saatlıda karantin qaydalarını pozan yas mərasimi aşkarlanıb

S.Xankişiyeva11:00 - 26 / 08 / 2021
Saatlıda karantin qaydalarını pozan yas mərasimi aşkarlanıb

Saatlı rayonunda karantin qaydalarının pozulduğu yas mərasimi aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan 1news.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Nərimankənd kənd Vasif Seyfullayevin fərdi yaşayış evinin həyətində yas mərasimi aşkar edilib.

Qayda pozuntularına yol vermiş ev sahibi ilə izahedici söhbətlər aparılıb və həmin şəxs barəsində inzibati qaydada tədbirlər görülüb.

Paylaş:
664

Son xəbərlər

Bütün xəbərlər