Dünən ictimai yerlərdə 12 koronavirus xəstəsi saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dünən ictimai yerlərdə 12 koronavirus xəstəsi saxlanılıb

S.Xankişiyeva12:38 - 26 / 08 / 2021
Dünən ictimai yerlərdə 12 koronavirus xəstəsi saxlanılıb

Avqustun 25-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 12 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 1 nəfər barəsində cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.

Paylaş:
613

Son xəbərlər

Bütün xəbərlər