Qızılağac qoruğunda baş verən yanğın söndürülüb – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Qızılağac qoruğunda baş verən yanğın söndürülüb – YENİLƏNİB

S.Xankişiyeva10:28 - 28 / 08 / 2021
Qızılağac qoruğunda baş verən yanğın söndürülüb – YENİLƏNİB

Lənkəran şəhərinin Balıqçılar qəsəbəsində Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən 1news.az-a verilən məlumata görə, yanğın zamanı 30 ha sahədə quru ot və kol-kos yanıb.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri tərəfindən söndürülüb.

Ərazinin qalan hissəsi yanğından mühafizə olunub.

27 avqust 17:55

Bu gün Lənkəran şəhəri, Balıqçılar qəsəbəsi yaxınlığında Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində başlamış yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb.

FHN Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, hazırda yanğınsöndürmə əməliyyatı FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilir.

Yanğının söndürülməsini mütəmadi güclənən küləkli hava çətinləşdirir.

İlkin məlumata əsasən, ərazidə 10 ha sahədə əsas etibarilə, kol-kos və qurumuş ağac kötükləri yanır.

15:38

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Lənkəran şəhəri, Balıqçılar qəsəbəsi, Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində yanğın hadisəsi barədə məlumat daxil olub.

Nazirlikdən 1news.az-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

İlkin məlumata əsasən, təxminən 10 ha sahədə kol-kos yanır.

Əlavə məlumat veriləcək.

Paylaş:
857

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər