“Dəniz kuboku” müsabiqəsində növbəti epizod yerinə yetirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Dəniz kuboku” müsabiqəsində növbəti epizod yerinə yetirilib - FOTO

Qafar Ağayev09:26 - 27 / 08 / 2021
“Dəniz kuboku” müsabiqəsində növbəti epizod yerinə yetirilib - FOTO

"Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində keçirilən “Dəniz kuboku” müsabiqəsində növbəti epizod yerinə yetirilib. Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi dənizçiləri müsabiqənin “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” üzrə mərhələsində “Xilasetmə vasitələrinin istifadəsi” tapşırığını yerinə yetiriblər.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, bu mərhələdə hərbi dənizçilər komandada beş nəfər olmaqla xüsusi üzgüçülük geyimlərini geyinərək müəyyən məsəfəni qət edib, xilasedici salı avarlar vasitəsilə təyin olunan nöqtəyə gətiriblər.

Hakimlər komissiyasının qərarı ilə bu mərhələdə İran komandası 20 balla birinci, Rusiya komandası 18 balla ikinci, Azərbaycan komandası 16 balla üçüncü, Qazaxıstan komandası isə 11 balla dördüncü yerə layiq görülüb.

Yarışların ümumi nəticəsinə görə hazırda İran komandası 58 balla birinci, Qazaxıstan komandası 49 balla ikinci, Azərbaycan komandası 48 balla üçüncü, Rusiya komandası isə 46 balla dördüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, "Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində keçirilən "Dəniz kuboku" müsabiqəsi ümumi üç mərhələ üzrə altı epizoddan ibarətdir.
Növbəti günlərdə hərbi dənizçilərimiz "Artilleriya atışlarının yerinə yetirilməsi" və "Dəniz hazırlığı" üzrə mərhələlərdə güclərini sınayacaqlar.

Paylaş:
428

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər