BŞİH-dən xəbərdarlıq: Gücləndirilmiş dezinfeksiya işləri aparılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

BŞİH-dən xəbərdarlıq: Gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Qafar Ağayev10:03 - 27 / 08 / 2021
BŞİH-dən xəbərdarlıq: Gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Son vaxtlarda ölkədə koronavirus pandemiyasına yoluxanların sayında kəskin artım müşahidə edildiyindən vətəndaşlarımızın bu xəstəlikdən qorunması və onun geniş yayılmasının qarşısının alınması məqsədi ilə paytaxt Bakı şəhərində kompleks tədbirlər həyata keçirilir.

Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində sabah, avqust ayının 28-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Paylaş:
764

Son xəbərlər

Bütün xəbərlər