Yaşayış yerini tərk edən ailə üzvləri məsuliyyətə cəlb olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Yaşayış yerini tərk edən ailə üzvləri məsuliyyətə cəlb olunub

Qafar Ağayev10:31 - 27 / 08 / 2021
Yaşayış yerini tərk edən ailə üzvləri məsuliyyətə cəlb olunub

Yaşayış yerini tərk edən ailə üzvləri məsuliyyətə cəlb olunub

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan 1news.az-a verilən məlumata görə, Tovuz rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan rayon sakini Solmaz Qasımovanın ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı evi tərk etməsi aşkar edilib. Araşdırmalar zamanı sonuncunun oğlu, Azər Qasımovun da koronavirus testinin nəticəsi pozitiv çıxmasına baxmayaraq idarə etdiyi yük avomobili ilə rayon ərazisində saxlanılıb. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə hər iki şəxs yaşadıqları evə göndərilib.

Fakla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:
412

Son xəbərlər

Bütün xəbərlər