Muxtar Babayev Qızılağac Dövlət Təbiət Qoruğunda yanğın baş vermiş əraziyə gedib
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Qızılağac Dövlət Təbiət Qoruğunda yanğın baş vermiş əraziyə gedib.
1news.az-ın verdiyi xəbərə görə, nazir yanğının miqyası ilə tanış olub və məsələ ilə bağlı müvafiq tapşırıqlarını verib.
Qeyd edək ki, ötən gün Lənkəran şəhərinin Balıqçılar qəsəbəsində Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində yanğın baş vermişdi.
Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri tərəfindən söndürülüb. Nəticədə 30 ha sahədə quru ot və kol-kos yanıb.
Ərazinin qalan hissəsi yanğından mühafizə olunub.