Komitə sədri Köln şəhərindəki Azərbaycan Evini ziyarət edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Komitə sədri Köln şəhərindəki Azərbaycan Evini ziyarət edib - FOTO

Qafar Ağayev14:37 - 30 / 08 / 2021
Komitə sədri Köln şəhərindəki Azərbaycan Evini ziyarət edib - FOTO

Almaniyada səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Köln şəhərindəki Azərbaycan Evini və “Pantera GYM” idman zalını ziyarət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən 1news.az-a verilən məlumata görə, Azərbaycan Evi ilə tanışlıq zamanı Dövlət Komitəsinin sədri Fuad Muradov icma üzvləri qarşısında çıxış edib. Bildirib ki, Azərbaycan Evləri soydaşlarımızı bir araya gətirən mərkəz rolunu oynayır. Kölndəki Azərbaycan Evi də bu məqsədlə yaradılıb. Köln şəhərində və ətrafında yaşayan azərbaycanlılar burada toplaşmalı, görüşlər keçirməli, problemləri dilə gətirməli və müzakirələr təşkil etməlidirlər. Bununla yanaşı, Köln Azərbaycan Evi yerli ictimaiyyətin tanınmış şəxslərinin və alman jurnalistlərinin müxtəlif tədbirlərə dəvət olunduğu məkana çevrilməlidir. Bu, soydaşlarımızın yerli cəmiyyətə sıx inteqrasiyasında və media ilə əməkdaşlıq əlaqələrinin qurulmasında böyük rol oynaya bilər.

Sonra Dövlət Komitəsi tərəfindən Köln Azərbaycan Evinə hədiyyələr təqdim olunub.

Daha sonra qonaqlar “Pantera GYM” idman zalında yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, Almaniyada yaşayan azərbaycanlı gənclər arasında idmana böyük həvəs var. Burada onların asudə vaxtlarını səmərəli keçirmələri üçün həftədə bir neçə dəfə məşqlər təşkil edilir.

Paylaş:
406

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər