Ova cəhd edən şəxs cəzalandırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ova cəhd edən şəxs cəzalandırılıb

14:43 - 30 / 08 / 2021
Ova cəhd edən şəxs cəzalandırılıb

Samux Ovçuluq Təsərrüfatının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz ova cəhd edən şəxs saxlanılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova 1news.az-a bildirib ki, araşdırma zamanı brakonyerin Gəncə şəhər sakini Xəlil Yusubov olduğu məlum olub.

“Faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbirlər görülüb”.

Aytən Sakitqızı

Paylaş:
292

Son xəbərlər

Bütün xəbərlər