Gömrükçülər “Iphone” markalı telefonların ölkəyə gizli keçirilməsinin qarşısını alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Gömrükçülər “Iphone” markalı telefonların ölkəyə gizli keçirilməsinin qarşısını alıb

Qafar Ağayev15:38 - 30 / 08 / 2021
Gömrükçülər “Iphone” markalı telefonların ölkəyə gizli keçirilməsinin qarşısını alıb

Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunda Rusiya Federasiyası istiqamətindən gələn, postun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "DAF" markalı avtomobil saxlanılıb.

Dövlət Gömrük Komitəsindən 1news.az-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda, yataq yerinin sol tərəfindəki örtüyün arxasındakı boşluqda malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gömrük nəzarətindən gizlədilən xeyli miqdarda, ümumilikdə 20 ədəd "Iphone 12 Pro Max 256 GB" markalı mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
445

Son xəbərlər

Bütün xəbərlər