Paytaxt məktəblərində yeni dərs ilinə hazırlıq: təmir-tikinti işləri aparılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxt məktəblərində yeni dərs ilinə hazırlıq: təmir-tikinti işləri aparılıb - FOTO

Qafar Ağayev16:19 - 30 / 08 / 2021
Paytaxt məktəblərində yeni dərs ilinə hazırlıq: təmir-tikinti işləri aparılıb - FOTO

Yeni dərs ilinə hazırlıq tədbirləri çərçivəsində paytaxt Bakıda da bir sıra yeni məktəb binaları, tədris korpusları inşa olunub, əsaslı və cari təmir işləri aparılıb.

Bu barədə 1news.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, 1 məktəbin (205 nömrəli tam orta məktəb) sökülərək yenidən tikintisi tamamlanıb. İki məktəbdə (71 və 307 nömrəli tam orta məktəblər) əsaslı təmir və əlavə korpusun tikintisi, 1 məktəbdə (320 nömrəli tam orta məktəb) bərpa-gücləndirilmə və əsaslı təmir işləri davam etdirilir.

Ehtiyac olan ərazilərdə 4 yeni məktəb binasının (Hövsan qəsəbəsi, Binə qəsəbəsi, Yeni Yasamal yaşayış massivi, Binəqədi rayonu Xocasən qəsəbəsi) tikintisi tamamlanıb. Eyni zamanda, ehtiyac olan ərazilərdə 4 yeni məktəb binasının (Binə qəsəbəsi “Bolluq” yaşayış massivi, Binə qəsəbəsi “Atıcılıq” yaşayış massivi, Binəqədi rayonu və Kürdəxanı qəsəbəsi) tikintisi davam etdirilir.

Həmçinin 3 məktəbin (35, 87 və 263 nömrəli tam orta məktəblər) köhnə korpuslarının sökülərək yenidən tikintisi və 1 məktəbin (126 nömrəli tam orta məktəb) əsaslı təmiri işləri davam etdirilir.

Eləcə də ehtiyac olan 54 təhsil müəssisəsində cari təmir və mühəndis-kommunikasiya işləri aparılır.

Paylaş:
514

Son xəbərlər

Bütün xəbərlər