Bu şəxslər barəsində cinayət işi başlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu şəxslər barəsində cinayət işi başlanıldı

10:04 - 30 / 08 / 2021
Bu şəxslər barəsində cinayət işi başlanıldı

Avqustun 28-də və 29-da daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 13 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

1news.az xəbər verir ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 5 nəfər barəsində cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.

Aytən Sakitqızı

Paylaş:
423

Son xəbərlər

Bütün xəbərlər