2 koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

2 koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb - FOTO

11:08 - 30 / 08 / 2021
2 koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb - FOTO

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcıları aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan 1news.az-a verilən məlumata görə, Lənkəran rayon sakinləri İ.Həsənov və D.Ağazadəyə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.

Lakin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdikləri müəyyən edilib və onlar izahedici söhətlər aparıldıqdan sonra tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvanlara qaytarılıblar.

Onların barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.

Aytən Sakitqızı

Paylaş:
253

Son xəbərlər

Bütün xəbərlər