Göyçayda məktəb direktorunun müavininin ölümü ilə bağlı məlumat yayıldı
Avqustun 29-u saat 12 radələrində Göyçay rayonu ərazisində bir nəfər şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Göyçay Rayon Prokurorluğundan 1news.az-a verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən edilib ki, rayonun Bığır kəndi ərazisində Bığır kənd 3 saylı tam orta məktəbin direktor müavini Xəlil Şərifov yaşadığı evin həyətyanı sahəsini suvarmaq üçün su nasosu vasitəsilə su vurmaq istəyən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılır.
517