BQXK-nin Azərbaycan nümayəndəliyi: Minlərlə insan hələ də yaxınları barədə məlumat almağı gözləyi
İkinci Qarabağ müharibəsi əsir, itkin, girov düşmüş şəxslərə diqqəti bir daha artırdı və itkin düşmüş şəxslərin ailələri öz yaxınları barədə xəbərlər gözləyirlər.
1news.az-ın məlumatına görə, bunu Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəsi Ariane Bauer deyib.
O bildirib ki, Qızıl Xaç Komitəsi də əsirlər barəsində məlumatları dəqiqləşdirmək və onların ailələrinə məlumatları çatdırmaq üçün əlindən gələni edir: “Biz yenə də dövlətlərə dəstəyimizi göstərəcəyik ki, o ailələrə məlumatları çatdıraq. Bundan sonra da əsir və itkin düşmüş şəxslərlə bağlı məlumatların dəqiqləşdirilməsi üçün dövlətlərə dəstək göstərəcəyik”.
503