Avqustun son gününə olan koronavirus STATİSTİKASI: 44 nəfər ölüb
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3788 yeni yoluxma faktı qeydə alınıb, 3228 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 44 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 424891 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 366126 nəfər müalicə olunaraq sağalıb, 5636 nəfər vəfat edib, aktiv xəstə sayı 53129 nəfərdir.
Ölkədə son sutka ərzində 19693 , hazırkı dövrədək isə 4461937 test aparılıb.
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
1007