Bakıda yük avtomobili aşdı - Hərəkət məhdudlaşdırıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yük avtomobili aşdı - Hərəkət məhdudlaşdırıldı

09:03 - 31 / 08 / 2021
Bakıda yük avtomobili aşdı - Hərəkət məhdudlaşdırıldı

Bakıda yol qəzası baş verib.

Bakı Nəqliyyat Agentliyindən 1news.az-a verilən məlumata görə, Tbilisi prospekti Cavadxan küçəsilə kəsişmədən "20 Yanvar" dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Gecə saatlarında "20 Yanvar" dairəsində yük avtomobilinin aşması nəticəsində yola yağ dağılıb. Hazırda müvafiq qurumların xüsusi texnikaları əraziyə cəlb edilməklə yolda təmizlənmə işləri görülür.

Yolun bağlanması ilə əlaqədar olaraq bu hissədən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi də müvəqqəti olaraq dəyişdirilib. Avtobusların hərəkəti digər avtomobillərin yönləndirildiyi küçə və prospektlərdən keçməklə təşkil edilib.

Paylaş:
263

Son xəbərlər

Bütün xəbərlər