Türk Şurası ölkələri jurnalistlərinin Füzuli, Cəbrayıl, Şuşaya səfəri başlayıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Türk Şurası ölkələri jurnalistlərinin Füzuli, Cəbrayıl, Şuşaya səfəri başlayıb - FOTO

S.Xankişiyeva09:15 - 31 / 08 / 2021
Türk Şurası ölkələri jurnalistlərinin Füzuli, Cəbrayıl, Şuşaya səfəri başlayıb - FOTO

Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanlarının əməkdaşları işğaldan azad olunmuş Füzuli rayonuna səfərə yola düşüblər.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, səfər “Azərbaycana Media Tur” çərçivəsində həyata keçirilir.

Səfərdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstandan olan jurnalistlər iştirak edirlər.

Xarici KİV nümayəndələri daha sonra işğaldan azad olunmuş Cəbrayıl rayonuna və Şuşa şəhərinə səfər edəcəklər.

Paylaş:
614

Son xəbərlər

Bütün xəbərlər