Xətai rayonunda mənzildən kişi meyiti aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xətai rayonunda mənzildən kişi meyiti aşkarlanıb

Qafar Ağayev09:20 - 31 / 08 / 2021
Xətai rayonunda mənzildən kişi meyiti aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-dən 1news.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1970-ci il təvəllüdlü Gəncəli Zaur Tofiq oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Paylaş:
413

Son xəbərlər

Bütün xəbərlər