11 illik təhsil bazasında kolleclərə ixtisas seçimi sentyabrın 6-dan 10-dək aparılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

11 illik təhsil bazasında kolleclərə ixtisas seçimi sentyabrın 6-dan 10-dək aparılacaq

Qafar Ağayev13:22 - 01 / 09 / 2021
11 illik təhsil bazasında kolleclərə ixtisas seçimi sentyabrın 6-dan 10-dək aparılacaq

Tam (11 illik) orta təhsil bazasında kolleclərə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi sentyabrın 6-dan 10-dək internet vasitəsilə aparılacaq.

Bu barədə 1news.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, DİM tərəfindən “Abituriyent” jurnalının 5-ci nömrəsində 2021/2022-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə tam orta (11 illik) təhsil bazasında tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, ”Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, qəbul aparılan ixtisaslar və s. məlumatlar əksini tapıb.

Paylaş:
520

Son xəbərlər

Bütün xəbərlər