Poliklinikanın maska taxmayan işçisi işdən çıxarıldı – VİDEO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Poliklinikanın maska taxmayan işçisi işdən çıxarıldı – VİDEO – YENİLƏNİB

S.Xankişiyeva14:32 - 01 / 09 / 2021
Poliklinikanın maska taxmayan işçisi işdən çıxarıldı – VİDEO – YENİLƏNİB

Sumqayıt şəhər 3 saylı poliklinikada tibbi maskadan istifadə etməyən qeydiyyatçı işdən çıxarılıb.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Videomaterialda qeyd olunan məsələ tərəfimizdən araşdırılıb. Araşdırma nəticəsində maska taxmaqla bağlı qaydaya riayət etmədiyi aşkar olunan qeydiyyatçı töhmət verilərək, işdən azad edilib. Bir daha bildiririk, pandemiya ilə mübarizə tədbirləri çərçivəsində özümüzü və ətrafımızı qorumağımız üçün verilən qərarlara riayət etmək hər birimizin borcudur, sosial məsuliyyətini nümayiş edən vətəndaşa isə təşəkkür edirik".

Qeyd edək ki, sosial şəbəkələrdə Sumqayıt şəhər 3 saylı poliklinikada vətəndaşlardan maska taxmağı tələb edən qeydiyyatçıların özlərinin maska taxmadıqları ilə bağlı video yayılmışdı.

14:03

Sosial şəbəkələrdə Sumqayıtda poliklinikaların birində vətəndaşlara xidmət edən tibb işçisinin maska taxmadığını əks etdirən video paylaşılıb.

1news.az-ın Qafqazinfo-ya istinadla verdiyi xəbərə görə, bu zaman növbədə dayanan şəxslər tibb işçisinə maska taxmadığına görə etiraz ediblər. Həmin etiraz poliklinikada gərgin anların yaşanmasına gətirib çıxarıb. Otaqda polis əməkdaşının olması və tibb işçisinə maska taxmadığına görə xəbərdarlıq etməməsi də müzakirələrə səbəb olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.az-a məsələ ilə bağlı bildirilib ki, görüntülərdə əks olunan şəxslərlə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə etməyən şəxslər barəsində protokollar tərtib olunaraq cərimə olunublar. Eləcə də poliklinika rəhbərliyi həmin şəxslərə töhmət elan edib.

Paylaş:
792

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər