Agentlik reyd keçirdi: 15 obyektdə kobud qayda pozuntuları aşkarlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Agentlik reyd keçirdi: 15 obyektdə kobud qayda pozuntuları aşkarlandı

Qafar Ağayev17:35 - 02 / 09 / 2021
Agentlik reyd keçirdi: 15 obyektdə kobud qayda pozuntuları aşkarlandı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

AQTA-dan 1news.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il sentyabrın 1-də ölkə üzrə 422 ictimai iaşə obyektində 716 monitorinq keçirilib. Monitorinqlər zamanı 15 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəs., Hacı Zeynalabdin Tağıyev küç., ev 1230 ünvanında yerləşən, fiziki şəxs Mustafayev İsrafil Natiq oğluna məxsus “Şanı” kafesi;

2. Bakı şəhəri, Sabunçu rayonu, Eldar Xəlilov küçəsi 68 ünvanında yerləşən, fiziki şəxs Novruzov Mahmud Rövşən oğluna məxsus kafe;

3. Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev prospektində yerləşən, hüquqi şəxs "Es-Er" MMC-yə məxsus restoran;

4. Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev prospektində yerləşən, fiziki şəxs Seyidli Xəyyam Məhəmmədəli oğluna məxsus “Şaurma N1” restoranı;

5. Bakı şəhəri, Səbail rayonu, Əbdülkərim Əlizadə küçəsində yerləşən, fiziki şəxs Zeynalov Urfan İbad oğluna məxsus “Lounge” restoranı;

6. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəs., Alim Şəbiyev küçəsi 9G ünvanında yerləşən, fiziki şəxs Əliyev Səyyad Azər oğluna məxsus kafe;

7. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəs., 28 May küç., ev 22 ünvanında yerləşən, fiziki şəxs Tatarcıoğlu Abdurrahmana məxsus kafe;

8. Bakı şəhəri, Qaradağ rayonu, Sahil ştq, Salyan şosesi, ev 25 ünvanında yerləşən, fiziki şəxs Əzizov Lətif Baba oğluna məxsus kafe;

9. Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küçəsi 1 ünvanında yerləşən, fiziki şəxs Fətəliyev Mübariz Füzuli oğluna məxsus kafe;

10. Bakı şəhəri, Səbail rayonu, Abbasov küç., ev 1 ünvanında yerləşən, hüquqi şəxs "Yeni Bulvar" MMC-yə məxsus mehmanxananın tərkibində fəaliyyət göstərən restoran;

11. Salyan rayonu, İsmayılov küçəsində yerləşən, fiziki şəxs Abdullayev Zahid Əliağa oğluna məxsus çay evi;

12. Salyan rayonu, T. İsmayılov küçəsində yerləşən, fiziki şəxs Qarayev Ramil Şirəli oğluna məxsus kafe;

13. Salyan rayonu, Əliyev pr. 410 ünvanında yerləşən, fiziki şəxs Göyçayev Elnur Vahub oğluna məxsus “Banuçiçək” restoranı;

14. Salyan rayonu, Həmidov küçəsində yerləşən, fiziki şəxs Hüseynov Aqil Ələkbər oğluna məxsus kafe;

15. Salyan rayonu, İ. Qayıbov küçəsində yerləşən, fiziki şəxs Nurəliyeva Natavan Mükalı qızına məxsus çay evi.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

Paylaş:
430

Son xəbərlər

FHN: Ötən sutka ərzində 13 nəfər xilas edilibBu gün, 13:47Mehriban Əliyeva Azərbaycanın Paralimpiya çempionu Lamiyə Vəliyevanı təbrik edibBu gün, 13:26Azərbaycanın amfibiya təyyarəsi İzmir-Berqama istiqamətində meşə yanğınlarına cəlb olunubBu gün, 12:59Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 12:43Dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıbBu gün, 12:30Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririkBu gün, 12:21Azərbaycan nefti ucuzlaşıbBu gün, 12:05İlham Əliyev Braziliya liderini təbrik edibBu gün, 12:01Sabahın hava proqnozuBu gün, 11:41Bakıda evdə partlayış olub, xəsarət alan varBu gün, 11:30Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar tapılıbBu gün, 11:17Zakir Həsənov Hikmət Mirzəyevlə birgə şərti sərhəd istiqamətində hərbçilərin sosial-məişət şəraiti ilə tanış olubBu gün, 10:59Lerikdə sanitariya qaydalarının pozulması hallarına qarşı nəzarət gücləndirilibBu gün, 10:40Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıbBu gün, 10:18Polis Xocalıya gedən vətəndaşlara xəbərdarlıq edibBu gün, 10:01Şuşada 32 ildən sonra ilk toy mərasimi keçirilir - FOTO06 / 09 / 2024, 18:10Dövlət başçısı: Tarixdə ilk dəfə COP bizim regionumuzda keçiriləcək06 / 09 / 2024, 17:55I siniflərə və məktəbəhazırlıq qruplarına qəbul olunan uşaqların sayı açıqlanıb06 / 09 / 2024, 17:28Bakı Təşəbbüs Qrupu beynəlxalq qurumlara rəsmi məktub ünvanlayıb06 / 09 / 2024, 17:04Muxtar Babayev BMT rəsmisi ilə COP29-a hazırlığı müzakirə edib06 / 09 / 2024, 16:56
Bütün xəbərlər