“Hökumət bunu etməsəydi iqtisadi tənəzzüldən qurtula bilməyəcəkdik” - Ekspert rəyi | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Hökumət bunu etməsəydi iqtisadi tənəzzüldən qurtula bilməyəcəkdik” - Ekspert rəyi

09:42 - 02 / 09 / 2021
“Hökumət bunu etməsəydi iqtisadi tənəzzüldən qurtula bilməyəcəkdik” - Ekspert rəyi

"Pandemiya təkcə Azərbaycan iqtisadiyyatına zərbə vurmayıb, dünya iqtisadiyyatı üçün də böyük zərərlər törədib və törətməkdə hələ də davam edir. Odur ki, koronavirus pandemiyası iqtisadiyyatımıza həm dünyaya sirayət etməklə kənardan, həm də daxildə yayılaraq, içdən ciddi zərər vurdu".

Bunu 1news.az-a açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov bildirdi. Müsahibim əlavə etdi ki, bu yaşanan ilk böhran deyil.

"Müstəqillik əldə etdikdən sonra 1997-1998-ci, 2008-2009-cu və 2014-2016-cı illərdə böhran yaşamışdıq, lakin bunların heç biri ölkəmizin iqtisadiyyatı üçün bu cür şok təsir bağışlamamışdı. Lakin iş ondadır ki, bu dəfə həm də daha yaxşı və güclü müqavimət göstərdik, göstərməkdə də davam edirik. Belə ki, böhran dövlətin və hökumətin qarşısında birdən-birə sayca iki olduqca mühüm və vacib məsələni həll etmək vəzifəsi qoydu, hökumət isə bunun müqabilində "başını itirmədi".

"Bu vəzifələr hansılar idi?" - sualını isə ekspert belə cavablandırdı:

" Birincisi, əhalinin sağlamlığının qayğısına qalmaq, ikincisi isə, iqtisadiyyatı neftin qiymətinin kəskin şəkildə aşağı düşməsindən, həmçinin, maliyyə və iqtisadi sarıdan daxili nizam-intizamın pozulmasından və baş verə biləcək xaos və misilsiz tənəzzüldən sığortalamaq. Azərbaycan dövlətinin və hökumətinin yaranmış vəziyyətlə əlaqədar çox çevik reaksiya göstərməsi, yuxarıda qeyd etdiyim hər iki vəzifəni həll etmək istiqamətində operativ fəaliyyəti və atdığı addımlar isə xarici dairələrin də diqqətindən yayınmayaraq, müsbət qiymətləndirildi.

2020-ci il ərzində 4,3 faiz gerilədik. Bu rəqəm daha böyük ola bilərdi, sadəcə, təkrar edirəm ki, hökumətin ilin əvvəlindən etibarən atdığı bir sıra qabaqlayıcı addımlar nəticəsində iri rəqəmli iqtisadi tənəzzüldən qurtulduq. Hazırda belə demək mümkündürsə, Azərbaycan pandemiya ilə postpandemiya dövrü arasında keçid mərhələni yaşayır. Dövlətimiz möhkəm makroiqtisadi dayanıqlığa sahibdir. Şəxsi subyektiv hesablamam odur ki, ölkə iqtisadiyyatının bilavasitə keçən ildə koronavirusla bağlı itkisi ən azı ÜDM-in proqnozlaşdırılan artım səviyyəsinə rəğmən, yuxarıda qeyd etdiyim 4.3 faiz tənəzzül qədərdir".

Aytən Sakitqızı

Paylaş:
521

Son xəbərlər

AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14
Bütün xəbərlər