Laçında yabanı halda bitən 1 tondan çox çətənə kolu yandırılaraq məhv edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Laçında yabanı halda bitən 1 tondan çox çətənə kolu yandırılaraq məhv edilib

Qafar Ağayev16:11 - Bu gün
Laçında yabanı halda bitən 1 tondan çox çətənə kolu yandırılaraq məhv edilib

Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Zabux kəndinin ərazisində yabanı halda olan narkotik tərkibli bitkilər aşkar edilib.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, ümumi çəkisi 1 tondan artıq olan 7046 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

Paylaş:
55

Son xəbərlər

Bütün xəbərlər