Tanınmış klarnet ifaçısı dənizdə boğulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Tanınmış klarnet ifaçısı dənizdə boğulub

S.Xankişiyeva12:48 - 02 / 09 / 2021
Tanınmış klarnet ifaçısı dənizdə boğulub

Klarnet ifaçısı Məmmədbağır Misiroğlu dənizdə boğularaq vəfat edib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə musiqiçinin ailə üzvləri məlumat yayıb.

Hadisə ötən gün Xəzər dənizindəki çimərliklərin birində baş verib.

İncəsənət üzvləri sosial şəbəkələrdə M.Misiroğlu ilə birgə fotolarını paylaşaraq mərhumun ailəsinə başsağlığı veriblər.

Allah rəhmət eləsin!

Paylaş:
519

Son xəbərlər

Bütün xəbərlər