Azərbaycan sərhədçiləri “Kişi dövləti”nin liderini saxlayıb? - RƏSMİ
Azərbaycan-Rusiya dövlət sərhədində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən Vladislav Pozdnyakov adlı şəxs saxlanılmayıb.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bu barədə DSX-dən bildirilib.
Qeyd edək ki, Rusiyada özünü “Kişi dövləti”nin lideri kimi təqdim edən, radikal-milliyətçi Vladislav Pozdnyakovun Azərbaycana keçmək istəyərkən saxlanılması barədə məlumat yayılmışdı.
“Kişi dövləti” 2016-cı ildə Vladislav Pozdnyakov tərəfindən VKontakte sosial şəbəkəsində yaradılıb. 2017-ci ildə isə təşkilatın regional bölmələri yaranmağa başlayıb. Bununla yanaşı, “VKontakte” 2020-ci ildə təşkilatın səhifəsini zorakılığa çağırış etdiyindən bloklayıb. Bunun ardınca, “Kişi dövləti” öz fəaliyyətini fəal olaraq teleqramda davam etdirməyə başlayıb. “Kişi dövləti” nasionalist və qadınlara qarşı zorakılığa çağırışla bağlı postlar paylaşır və şəbəkə ilə onlara qarşı hücumlar təşkil edir.