“YAŞAT” Fondu şəhidlərimizin məktəbli övladları üçün xüsusi layihə reallaşdırır - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“YAŞAT” Fondu şəhidlərimizin məktəbli övladları üçün xüsusi layihə reallaşdırır - FOTO

Qafar Ağayev09:57 - 03 / 09 / 2021
“YAŞAT” Fondu şəhidlərimizin məktəbli övladları üçün xüsusi layihə reallaşdırır - FOTO

YAŞAT Fondu şəhidlərimizin orta məktəbdə təhsil alan övladları üçün xüsusi layihəyə start verib.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən 1news.az-a verilən məlumata görə, layihə çərçivəsində yeni tədris ilinin başlanması ilə əlaqədar Fond tərəfindən bütün şəhidlərimizin məktəbli övladlarına dərs ləvazimatlarından ibarət hədiyyə qutuları çatdırılır.

Hədiyyə qutusuna çanta, termos, qələm qabı, hər sinifə uyğun məntiq və bədii kitablar, dəftərlər, qələmlər, xəritələr, gündəlik, pərgar dəsti, qovluq, rəsmxətt qovluğu, rəsm albomu, rəngli boya, rəngli kağız, ağardıcı, xətkeş, plastilin, plastilin qabı, bayraq stikeri, kitab altlığı, kağız kley, flomaster, rəngli karandaş, plastilin və plastilin qabı, qayçı və pozan dəsti, qeyd kitabçası daxildir. Əlavə hədiyyə olaraq ibtidai siniflər üçün “Lego” oyun qutusu, 5-8-ci siniflər üçün “Puzzle”, 9-11-ci siniflər üçün şahmat dəsti daxil edilib.

Hər bir hədiyyə qutusunda bir illik müddət üçün məktəbli ləvazimatları yer alıb.

Respublika ərazisini əhatə edən layihə çərçivəsində 900-ə yaxın hədiyyə qutusu hazırlanıb və aidiyyəti üzrə çatdırılacaq. 870 məktəblinin 494- ü oğlan, 376-sı isə qızdır.

YAŞAT Fondunun vəsaiti hesabına gerçəkləşən layihənin reallaşması üçün “Bravo” marketlər şəbəkəsinin “Sevinc payı 4” layihəsi çərçivəsində toplanan 9386 AZN layihə üçün Fondun hesabına köçürülüb. Həmçinin “Yüksəliş” müsabiqəsinin qalibləri 9100 AZN, “AQRARKREDİT” QSC BOKT 5000 AZN vəsait ianə edib.

Paylaş:
459

Son xəbərlər

Baş nazir: İşğaldan azad olunmuş ərazilərə 2026-cı ilədək 34 500 ailənin köçürülməsi nəzərdə tutulubBu gün, 13:02Moskvada Xəzəryanı ölkələrin XİN başçılarının görüşü keçirilirBu gün, 12:47Azərbaycan və Özbəkistan vətəndaşlarının vizasız gediş-gəlişinə dair yeni prosedur müəyyənləşirBu gün, 12:37Dekabrın 6-da hava necə olacaq? - ProqnozBu gün, 12:26Gəncədə itlərin vurulması ilə bağlı görüntülər araşdırılırBu gün, 12:22Milli Məclis Ağdərə rayonunun yaradılması ilə bağlı layihəni müzakirə edirBu gün, 12:16“Roberto Coin” zərgərlik brendi, Italdizain şirkəti ilə birlikdəBu gün, 11:49Baş nazir: Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızda separatizmin kökü birdəfəlik kəsilibBu gün, 11:48“Sənaye Təhlükəsizliyi Zirvəsi” uğurla başa çatdı! - FOTOBu gün, 11:35Səhiyyə Nazirliyindən 10 yaşa qədər uşaqların qızılcaya qarşı peyvəndi ilə bağlı əhaliyə müraciətBu gün, 11:22Azərbaycan Prezidenti Tailand Kralını təbrik edibBu gün, 11:18ASCO korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmə tədbirlərini davam etdirir - VİDEOBu gün, 11:17Qubada tullantıları urnalardan kənara atan 11 nəfər şəxs aşkarlanıbBu gün, 11:06Qərbi Azərbaycanın elektron xəritəsi hazırlanıbBu gün, 11:03Azərbaycan və Kuba arasında ilk siyasi məsləhətləşmələr keçirilib - FOTOBu gün, 10:54Şagirdlərin fövqəladə hallarda davranışı ilə bağlı tədbirlər keçirilibBu gün, 10:41HHM bölmələrində döyüş atışları icra olunub - VİDEOBu gün, 10:03Əmtəə bazarlarında qızıl bahalaşıb, gümüş isə cüzi ucuzlaşıbBu gün, 10:02Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıbBu gün, 09:53“İçərişəhər” və “İçan-Qala” arasında əməkdaşlıq protokolu imzalanıbBu gün, 09:50
Bütün xəbərlər

Next TV