Gəncədə hamilə qadın həyat yoldaşı tərəfindən döyülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə hamilə qadın həyat yoldaşı tərəfindən döyülüb

11:06 - 03 / 09 / 2021
Gəncədə hamilə qadın həyat yoldaşı tərəfindən döyülüb

Gəncədə döyülmə faktı qeydə alınıb.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Gəncə şəhər sakini 1999-cu il təvəllüdlü T. Məmişovanın həyat yoldaşı, Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü İsgəndərov Muraz tərəfindən döyülməsi nəticəsində çoxsaylı bədən xəsarətlərindən hamiləliyin pozulması diaqnozu ilə xəstəxanaya yerləşdiriliməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə (RPİ) məlumat daxil olub.

DİN mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımov bildirib ki, müraciətlə əlaqədar polis əməkdaşları dərhal müvafiq tədbirlər həyata keçirib, hadisəni törətməkdə şübhəli bilinən M. İsgəndərov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

1news.az

Paylaş:
272

Son xəbərlər

Bütün xəbərlər