Xəzərdə dalğanın hündürlüyü 4.6 metrə çatıb - FAKTİKİ HAVA | 1news.az | Xəbərlər
Cəmiyyət

Xəzərdə dalğanın hündürlüyü 4.6 metrə çatıb - FAKTİKİ HAVA

S.Xankişiyeva11:26 - 04 / 09 / 2021
Xəzərdə dalğanın hündürlüyü 4.6 metrə çatıb - FAKTİKİ HAVA

Ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, Lənkəran-Astara zonasında leysan xarakterli intensiv və güclü olub, bəzi rayonlarda güclü şimal-qərb küləyi əsib.

Hidrometeoroloji Proqnozlar Bürosundan 1news.az-a verilən xəbrə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 4-ü saat 11:00-a olan məlumatına əsasən, düşən yağışın miqdarı Astarada 89.0 mm (aylıq normanın 45 %-i), Lənkəranda 43.0 mm (aylıq normanın 25 %-i), Qubada 11.0 mm, Altıağacda 7.0 mm, Sarıbaş (Qax), Şabran, Xınalıq, Xaltanda 4.0 mm, Qrız, Qusarda 3.0 mm, Lerik, Yardımlıda 2.0 mm, Göytəpə, Biləsuvar, Daşkəsən, Yevlax, Nabran, Kişçay (Şəki), Kürdəmir, Bakıda və Abşeron yarımadasında: Bakı, Maştağa, Sumqayıtda 1.0 mm-dək olub.

Sentyabrın 3-ü axşam 4-nə keçən gecə bəzi rayonlarda şimal-qərb küləyinin maksimal sürəti 30 m/s, Bakıda və Abşeron yarımadasında 28 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən alğanın hündürlüyü 4.6 metrə çatıb.

Sentyabrın 4-ü səhər saatlarından güclü şimal-qərb küləyi 9-13 m/s-dək zəifləyib.

Havanın maksimal temperaturu Bakıda 30°-dək isti olub.

Sentyabrın 4-ü gündüz saatlarından ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi, gün ərzində əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.

Paylaş:
582

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər