DSX rəsmisi: Füzuli beynəlxalq hava limanında DSX-nin müvafiq bölməsi fəaliyyət göstərəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

DSX rəsmisi: Füzuli beynəlxalq hava limanında DSX-nin müvafiq bölməsi fəaliyyət göstərəcək

15:43 - 05 / 09 / 2021
DSX rəsmisi: Füzuli beynəlxalq hava limanında DSX-nin müvafiq bölməsi fəaliyyət göstərəcək

"Müzəffər Ali Baş Komandanın Qarabağın hava qapısı adlandırdığı hava limanında olmaq olduqca qürur vericidir" .

1news.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin polkovnik-leytnantı Rəşad Məşədiyev məlumat verib.

"Burada digər xidmətlərlə yanaşı DSX-nin müvafiq bölməsi fəaliyyət göstərəcəkdir. Hava limanında yaradılan sərhəd nəzarəti bölməsinin müvafiq texniki vasitələrlə və şəxsi heyyətlə komplektləşdirilməsi istiqamətində işlər görülür".

Qeyd edək ki, bu gün Füzuli beynəlxalq hava limanında əlamətdar hadisə baş verib. Hava limanının istismara verilməsindən əvvəl, Bakıdan uçan "Azərbaycan Hava Yolları" na məxsus ən böyük "Airbus A340-500" tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanında eniş icra edib.

Paylaş:
350

Son xəbərlər

Bütün xəbərlər