“Ömrümdə ilk dəfə təyyarəyə mindim” - Azərbaycanlı jurnalist bu hərəkətini fəxrlə anlatdı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Ömrümdə ilk dəfə təyyarəyə mindim” - Azərbaycanlı jurnalist bu hərəkətini fəxrlə anlatdı - FOTO

09:42 - 06 / 09 / 2021
“Ömrümdə ilk dəfə təyyarəyə mindim” - Azərbaycanlı jurnalist bu hərəkətini fəxrlə anlatdı - FOTO

“Ömrümdə ilk dəfə təyyarəyə mindim. Nə vaxtsa məndən soruşsalar ki, ilk dəfə təyyarə ilə hara getmisən, fəxrlə deyəcəm ki, Füzuliyə! 30 ildən sonra azad olunan şəhərə uçdum. Həyəcanlıyam. Çox şirin həyəcandır bu”.

Bu sözləri 1news.az-a açıqlamasında jurnalist Elcan Məmmədov bildirdi. Hazırda Real TV –də müxbir vəzifəsində çalışan Elcan deyir ki, bu həm onun, həm də ölkəmizin tarixi uçuşudur:

“Təbii ki, bunların hamısı şəhidlərimizin qanı bahasına olub. Onlar da zəfər yoluna göydən baxırlar. Biz nə qədər də göylə uçsaq onların yanına qalxa bilmərik. O zirvə şəhadətdir! Allah şəhidlərimizə rəhmət eləsin”.

Aytən Sakitqızı

Paylaş:
567

Son xəbərlər

Bütün xəbərlər