Ağdama getmək istəyənlərin nəzərinə! | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdama getmək istəyənlərin nəzərinə!

11:23 - 06 / 09 / 2021
Ağdama getmək istəyənlərin nəzərinə!

Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdama səfər etmək istəyənlər üçün qaydaları açıqlayıb.

1news.az xəbər verir ki, E. Hüseynov bu barədə tvitter hesabında məlumat yayıb.

O bildirib ki, səfərə qatılmaq üçün [email protected] elektron poçtuna şəxsiyyət vəsiqəsi və COVİD pasportun (və ya immunitet sertifikatı və ya peyvəndə əks-göstəriş barədə arayışın) şəklini göndərmək tələb olunur: "Şəhid ailələri, qazilər və Ağdam əhalisinə (60+) üstünlük verilir".

Qeyd edək ki, ötən gün bir qrup Ağdam sakini ilk dəfə olaraq öz şəhərlərinə səfər ediblər.

1news.az

Paylaş:
921

Son xəbərlər

Bütün xəbərlər