Təhsil naziri yeni tədris ilinin gec başlaması məsələsinə aydınlıq gətirib
Təhsil naziri Emin Əmrullayev yeni tədris ilinin sentyabrın 22-də başlaması məsələsinə aydınlıq gətirib.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə təhsil naziri bu gün keçirilən brifinqdə deyib.
Nazir bunu yoluxma hallarının artımı ilə əlaqələndirib:
“Verilən qərar ən optimal qərardır. İnanırıq ki, həmin vaxta qədər çox sayda insan vaksinasiya prosesindən keçəcək və yoluxma sayında azalma qeydə alınacaq. Ümumilikdə məktəbləri açıb bağlanmaqdansa davamlı şəkildə tədrisi təşkil etmək vacib məqamdır”.
Həmçinin E.Əmrullayev bildirib ki, tədrisdə buraxılan günləri noyabr tətili günləri ilə əvəzləmək mümkündür.
389